ön
öncə
OBASTAN VİKİ
Ön söz
Ön söz — ədəbi və ya elmi əsərin əsas mətndən əvvəl olan hissəsi. Ön sözdə müəllifin özünün, redaktorun, naşirin və ya əsərlə bağlı başqa şəxslərin izahatları və şərhləri olur. Ön söz sadəcə ədəbi əsərin bütövündən yox, həmçinin onun ayrıca bir hissəsindən əvvəl də gələr bilər. "Yevgeni Onegin"in son fəsli buna nümunədir.
Söz
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. == Maraqlı faktlar == Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var.Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz. Dildəki sözlərin mexaniki çoxluğu dilin inkişafından xəbər verir.
Ön Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. == Müasir siyasi bölgü == Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: == Coğrafi mövqeyi == Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Ön sevişmə
Ön sevişmə — iki və ya daha çox insan arasında baş verən fiziki yaxınlıq və emosional yaxınlıq silsiləsinə verilən addır. Bu, cinsi oyanma və cinsi fəaliyyət üçün istək yaratmaq deməkdir.. Ön sevişmə adətən fiziki cinsi fəaliyyət kimi başa düşülsə də, zehni və ya şifahi hərəkətlər kimi fiziki olmayan fəaliyyətlər də ön sevişmə ola bilərlər. Ön sevişmə fərqli insanlar üçün fərqli şeylər ifadə edə bilər..
Ön şəkilçilər
Ön şəkilçi və ya Prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir: == Nümunələr == === Ərəb-fars mənşəli === Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik === Avropa mənşəli === a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.
Ön yarğı
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Söz (dəqiqləşdirmə)
Söz
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Söz azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir.1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var".1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
Söz bağçası
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Söz birləşmələri
Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır. == Söz birləşmələri və sözlər == Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var. === Oxşar cəhətlər === Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
Söz birləşməsi
Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır. == Söz birləşmələri və sözlər == Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var. === Oxşar cəhətlər === Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
Söz söhbət
Söz-söhbət — mənbəyi məlum olmayan, təsdiqlənməmiş məlumat, həm də fəal şəkildə yayılmaq üçün kifayət qədər maraqlıdır. Soz-söhbət tamamilə etibar edilməyən və ikiqat yoxlamanız lazım olan məlumatdır. Klassik olaraq söz-söhbət dedikodu və şifahi şəkildə ötürülür. Poçt xərclərinin azalması və teleqrafın, telefonun və medianın görünüşü azaldıqca, söz-söhbətlərin yayılma həcmi və miqyası əhəmiyyətli dərəcədə artmışdır. İnternetin gəlməsi ilə e-poçt və bloglar da söz-söhbətləri yaymaq üçün istifadə olunur. Qalmaqallı və ya gizli hər hansı bir səbəbə görə, informasiya tez-tez şayiələr şəklində yayılır, müəllif anonim qalmaq istediyi üçün tesdiqi çətin və ya qeyri-mümkündür. İnsanlar şayiələri yaymaqla şüurlu və ya bilinçli, bu şəkildə səlahiyyətlərini və ictimai vəziyyətini artırmağa meyillidir. Söz-söhbətlər sonda təsdiq edildikdə, onları yayan şəxs qeyri-adi bir şəkildə hadisələri bilən, ağıllı və uzaqgörən bir şəxsin nüfuzunu qazanır və bununla da həmsöhbətindən müəyyən bir hörmət alır. Həmçinin, bir çox insanlar söz-söhbətlərə güvənməyə meyillidirlər və tərəfdaşından hətta çox şübhəli məlumat əldə edə bilərlər. Bəzən söz-söhbətlərin yayılması və miqyası gözlənilmədən böyük olur.Belə hallarda, zarafatla deyirlərki söz-söhbətlər səs və ya işıq sürətindən daha sürətli yayılır.
Xanəgah (söz)
Xanəgah və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir.Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.
Söz yazarı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur. == Növlər == Yazıçılar bir çox ədəbiyyat janrı arasından öz fikirlərini ifadə etmək üçün ən əlverişli olanı seçirlər.
Söz yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur. == Növlər == Yazıçılar bir çox ədəbiyyat janrı arasından öz fikirlərini ifadə etmək üçün ən əlverişli olanı seçirlər.
Modal söz
Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === Güman və şübhə bildirən modal sözlər === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Sehrli söz
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. == Haqqında == Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Meklenburq-Ön Pomeraniya
Meklenburq-Ön Pomeraniya - Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Şverindir. Coğrafi amillərin təsirinə və tarixi inkişafın xüsusiyyətlərinə görə, təxminən iki milyon əhalisiylə bu federativ region müasir Almaniyanın regionlarından ən az əhalisi olanıdır. Uzun müddət bu regionun ərazisində slavyan tayfaları yaşayırdı. Vilayətin iqtisadiyyatı üçün ağır zərbə İkinci dünya müharibəsinin sonu idi, həmin vaxt bura Qırmızı Ordudan qaçan qaçqınların çoxmilyonlu axını yollandı. Almaniya Demokratik Respublikasının mövcud olduğu illərdə burada yeni sənaye müəssisələri yarandı və iş yerləri açıldı, amma Almaniyanın birləşməsindən sonra onlardan bir çoxu ekoloji mənada təhlükəli və texniki olaraq köhnəlmiş olanlar yenidən bağlandılar. Hal-hazırda vilayətdə iqtisadiyyatda və ictimai həyatda ciddi problemlər mövcuddur. == Coğrafiya == Vilayət Almaniyanın şimal-şərqindədir, Baltik dənizinə çıxışa malikdir. Vilayətin ərazisində çoxlu miqdarda göl var onlardan ən böyüyü Müritzdir (ərazisi 117 km²). Meklenburq-Ön Pomeraniyada Almaniyada ən böyük ada öz tabaşirli qayalarıyla məşhur olan Rügen yerləşir.
Ön Asiya bəbiri
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. == Arealı == İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Ön Asiya mabuyası
Ön Asiya mabuyası (lat. Trachylepis septemtaeniatus) — Afrika mabuyaları cinsinə aid növ. == Təsviri == Qulaq dəliyi burun dəliyindən iridir. Qulaq dəliyinin ön kənarında hər birində 2–3 ədəd pulcuq yerləşir. Belin və boyunun ön tərəfindəki pulcuqlarda zəif inkişaf etmiş qabırğacıqlar olur. Belin və boyunun ön hissəsindən başlayaraq alt tərəfin köndələn pulcuqlar sırası ilə örtülmüşdür. Arxa ətrafın dördüncü barmağının alt hissəsində 16–22 barmaqaltı lövhəcik yerləşir. Bədənin üstü boz, qonur-boz, qonur və ya tutqun-qonur rəngdə olub, qızılı çalara malikdir. Boyundan başlayaraq bel tərəf boyunca 4, qonur və yaxud qara-qonur zolaq keçir, bəzən isə bədənin ikinci yarısında bu zolaqlar olmur. Bədənin alt tərəfi bozumtul və ya sarımtıl rəngdə olub, xalsızdır.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Ön qamış arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.

Значение слова в других словарях

бентони́т лал по-ове́чьему приближённо притесни́тельница прочь хворостяно́й здоровя́чка лаборато́рный ма́льва подежу́рить позати́хнуть помина́льная сваебо́йный через час по ло́жке шапша шаровый anaconda eggery intraoperative missish synchromesh одержимый прищур уладиться